E.Sultanov adına 217 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkil etdiyi təlim-tərbiyə işləri üzrə direktor müavini imtahanından uğurla keçmişdir;
Şimali Karolina Universiteti və Amerika Səfirliyinin Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi 100 İngilis dili müəlliminin inkişafına istiqamətlənmiş magistratura proqramını uğurla başa vurub;
Elm və Təhsil Nazirliyi və ADPU-nun birgə təşkil etdiyi "Məktəb Liderləri Proqramı"nın ikinci çağırışında iştirakçı olaraq məktəb rəhbərləri hazırlığı istiqamətində təhsil alıb;
Elm və Təhsil Nazirliyinin Skautinq Assosiasiyası ilə birgə təşkil etdiyi "Məktəblərdə Skautinq Liderlərinin Yaradılması" proqramında iştirak edib;
2021-ci ildə isə 3 mərhələli imtahan prosesini keçərək Xəzər Universitetinin doktorantura pilləsinə qəbul olunub.