Binəqədi Rayon 298 nömrəli tam orta məktəbdə STEAM və Coğrafiya müəllimi;
2013-cü ildə Azərbaycan Gənc Parlamentçilər Yarışmasının qaliblərindən biri olub;
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə olub və Aprel döyüşlərində ön xəttdə xidmət edib;
2020-ci ildə magistratura imtahanlarında iştirak edərək 64 balla dövlət sifarişi ilə Sumqayıt Dövlət Universitetinin İqtisadi və Sosial Coğrafiya ixtisasına qəbul olunub;
Müəllimlərin işə qəbulu imtahanlarında Coğrafiya fənnindən 60 ballıq nəticə ilə 57 balla Ağstafa rayon birincisi, respublika üzrə isə 3-cü olub.
2023-cü ildə isə Azərbaycan Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə Təhsilin İdarə Edilməsi və Liderlik ixtisası üzrə ikili diplom magistr proqramına qəbul oldum. Hal-hazırda həmin universitetlərin 1-ci kurs tələbəsiyəm. Təhsil müddəti 2 il davam edir və gələn il iyun ayında ABŞ-ın Vaşinqton şəhərində Corc Vaşinqton Universitetindən diplom alacaq və məzuniyyət mərasimində iştirak etmək üçün Amerikaya səfər edəcəyəm.