12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir;
MİQ qəbul balı - 59 bal, sertifikasiya balı 56-dır;
Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai sinif müəllimliyi ixtisasında təhsil alıb;
On doqquz May Universiteti Təhsilin monitorinqi və qiymətləndirilməsi üzrə magistratura oxuyub;
Beynəlxalq Konfrans spikeri, Debat təlimçisi, Məktəblərdə yaradılan KOD - kitab klublarının təsisçisidir;
Sosial şəbəkələrdə milyonlarla ürəyə toxunan, sevginin ən əsas öyrədici, inkişaf etdirici təsir olduğunu bizə öyrədən müəllimdir.