2004- cü ildən bugünə qədər 71 nömrəli tam orta məktəbin ingilis dili müəllimidir;
Bir çox beynəlxalq və yerli layihələrdə qurucu və spiker kimi iştirak edərək sertifikat və diplomlar qazanıb;
"Academic Excellence in Using Educational Technology ","American English Webinar Series "(Gürcüstan)," The 7th South Caucasus Regional ELT Conference "(Gürcüstan),"English for Career Development "(University of Pennsylvania),"Leaders in Education " (Şimali Kipr,Türkiyə), "Training for Trainers "(Strasburq,Fransa),"Annual Conference "(Brüsel, Belçika) kimi bir sıra beynəlxalq tədbirlərin fəal iştirakçısı olub;
2018-2019- cu illər ərzində Amerika Konsulluğunda MOOC LEADER və fasilitator kimi çalışmış regionlarda təlimlər keçirib;
2019-2020 ci il Amerika Səfirliyinin "Fulbright TEA MEDIA LITERACY" mübadilə proqramının qalibi olaraq ABŞ-ın Ohayo ştatında Kent Dövlət Universitetində tədris alaraq vətənə diplom və sertifikatlarla qayıtmış, təhsil sektorunda təlimçi kimi fəaliyyətinə davam etdirib;
2022 - 2023- cü illər ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi bir illik " Training for Trainers" beynəlxalq layihəsinin iştirakçısı olaraq region gəncləri üçün "Beynəlxalq Təhsil","Yumuşaq Bacarıqlar" mövzusunda təlimlər keçirmiş və yekun qiymətləndirmə üçün Fransanın Strasburqda şəhərində, Avropa Konsulluğunun təlim bazasında sertifikatla təltif edilib;
2020-ci ildən bugünə qədər Təhsil Nazirliyinin,Təhsildə İnformasiyalaşdırma İdarəsinində Avropa Şurasının fasiləsiz təhsil proqramı - eTwinning`in layihə səfiridir;
2024 cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Yaradıcı müəllim: yaradıcı tətbiqetmə” mövzusunda təqdimat müsabiqəsində " Süni Zəkanın xarici dil tədrisində rolu..." təqdimatı ilə iştirak edərək III yerə layiq görülüb.