İlham Məmmədov adına 261 nömrəli məktəb- liseydə texnologiya və STEAM dərslərini tədris edir;
Texnologiya fənni üzrə 9-cu siniflər üçün müəllim vəsaitinin həmmüəlliflərindən biridir;
2009-cu ildən “İntel –gələcək üçün təhsil “ , “ VEB-2 alətləri “ ,” Həmkara dəstək “, “ Fənn kurikulumlarının tətbiqi “ və s. təlimlər üzrə təlimçi kimi respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərib;
2022-2023 cü tədris ilində Bakı şəhəri üzrə Təhsil idarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Biliyini paylaş” layihəsində mentor kimi fəal iştirak edərək diploma layiq görülüb;
2023-2024-cü tədris ilində Bakı şəhəri üzrə Təhsil idarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Yaradıcı müəllim “ layihəsində iştirak edərək “Təşəkkürnamə” alıb.
2024-2025 -ci tədris ilində “Microsoft Sertifikatlı Pedaqoq - (740 bal)“, “ eTwinning “ beynəlxalq layihəsində fəal iştirakına görə sertifikat, Bakı şəhəri üzrə Təhsil idarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Yaradıcı müəllim “ layihəsində iştirak edərək II yerə layiq görülmüşəm. Gənclər və uşaqlar üçün "ArtexnoLab" adlı festivalda şagirdlərim 3-cü yerə layiq görülərək diplomla mükafatlandırıldılar. Bundan əlavə bir çox pedaqoji mühazirələrim , açıq dərslərim və s. pedaqoji mətbuatda dərc olunub.
Hazırda şagirdlərimlə birlikdə “ Sabahın alimləri “ müsabiqəsinə qatılmışıq.