2012-2016-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İbtidai sinif müəllimliyi" ixtisasını bitirib;
2017-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində 60 baldan 49 bal toplayaraq uğur qazanmış, Gəncə şəhər 13 №li tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır;
2021-ci il pandemiya dönəmində inspeksiya işlərində köməkçi müəllim kimi fəaliyyət göstərmişdir;
2022-ci ildə "Təhsildə səmərəli fəaliyyətinə görə" Gəncə şəhər Təhsil İdarəsinin təşəkkürnaməsi ilə təltif olunub;
2022-ci ildə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nəzdində yaradılmış “İnnovativ Müəllimlər Birliyi”nin üzvü olmuş, “Mənim əziz müəllimim” layihəsində uğurla iştirak etmişdir;
2023-cü ildə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Gəncə filialında mentor müəllim kimi fəaliyyət göstərmiş, daha sonra test və müsahibə mərhələsində uğur qazanaraq Gəncə şəhəri üzrə koordinator təyin edilmişdir;
2023-cü ildə təhsilverənlərin sertifikatlaşdırılması imtahanında iştirak edərək 52 bal toplayıb;
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Layihə planlanlaşdırılması və layihə təklifinin yazılması”, “İnklüziv siniflərdə təlimin təşkili” “Effektiv ünsiyyət”, “Məktəbəhazırlıq qruplarında təlimin təşkili” təlimlərində, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin keçirdiyi “Təlimçi hazırlığı” proqramında , Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkil etdiyi “Müəllimlərin Şəbəkələşməsi” 1-ci, 2-ci, 3-cü formunda, Humanist Pedaqogika üzrə Beynəlxalq Təhsil Təşkilatları Assosiasiyasının prezidenti, Əməkdar müəllim Asif Cahangirovun 75 illik yubileyi münasibətilə iyunun Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilmiş “Təhsilimiz: dünəndən sabaha” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edərək sertifikatlar əldə etmişdir;
2024-cü ildə Elm və Təhsil Nazirliyinin "Müasir Metodiki Xidmət" layihəsi çərçivəsində Gəncə şəhər 13 №li tam orta məktəbdə "Metodist" kimi fəaliyyətə başlayıb. Eyni zamanda Göygöl rayonu 4 nömrəli məktəbdə fəaliyyət göstərən metodistin mentoru təyin edilmişdir.