2018-ci GDU Coğrafiya müəllimliyi ixtisasını bitirərək, MİQ imtahanında iştirak edib, mümkün 60 baldan 50 bal toplamış, Göygöl rayon Köşkü kənd tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb;
Göygöl rayon Köşkü kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərir;
Pedaqoji fəaliyyətim dövründə aktivliyinə görə Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi, Göygöl rayon Təhsil Sektoru, Göygöl rayon İcra hakimiyyəti, məktəb rəhbərliyi tərəfindən dəfələrlə sertifikat və diplomlarla təltif edilmişdir;
2023-cü ildə Göygöl rayon İcra hakimiyyəti tərəfindən “2 Fevral Gənclər günü” münasibətilə “İlin Gənc Təhsil İşçisi” nominasiyasına layiq görülmüşdür;
2022-ci ildə “Təhsilli Gələcək Təhsilin inkişafı İctimai Birliyi “ tərəfindən diplom və hədiyyələrlə təltif edilmişdir;
2022-2023-cü illərdə AGMA Göygöl rayon üzrə koordinator kimi fəaliyyət göstərmişdir;
2022-2023-cü illərdə Gənc Coğrafiya müəllimləri birliyində “Layihələr üzrə menecer” olaraq fəaliyyət göstərmiş, gənc müəllimlərə dəstək məqsədilə təlimlər, layihələr həyata keçirmişdir;
2023-cü ildə “İdeal təhsil MMC” tərəfindən təşkil olunmuş “Mental arifmetika” dərslərində iştirak edərək, Mental arifmetika kursunu bitirib, diplomla təltif olunmuşdur;
2023-cü ildə Azərbaycan müəllimlərinin XVI qurultayında nümayəndə olaraq iştirak etmişdir;
Göygöl rayonunda təşkil olunan intellektual yarışlarda dəfələrlə qalib olub;
Eləcə də, Göygöl rayonunda müəllim və şagirdlər üçün intellektual yarışlar təşkil edib;
2022-ci ildən AGMA Göygöl rayon üzrə “Məktəb Mentoru” olaraq fəaliyyət göstərir;
Hazırda təlimçi müəllim kimi fəaliyyət göstərir;
İştirak etdiyim təlimlər :
- Gənc müəllimlərin Şəbəkələşmə forumu II;
- Gənc müəllimlərin Şəbəkələşmə forumu III;
- Tədrisin müasir üsullarla aparılmasının metodiki təşkili;
- Kurikulum təlimçisi;
- Data əsaslı öyrənmə.