2007-ci ildə Gəncə Dövlət Universitetinin "Riyaziyyat informatika" fakültəsinin "Riyaziyyat informatika" ixtisasına qəbul olunub;
2011-ci ildə həmin universiteti "Fərqlənmə" diploma ilə bitirmişdir;
2014-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin magistr pilləsinə qəbul olmuşdur;
2016-cı ildə magistraturanı da "Fərqlənmə" diplomu ilə bitirmişdir;
Müəllimlərin işə qəbul imtahanında iştirak edərək uğur qazanmış,Şəmkir rayonu Müşfiq Süleymanov adına Seyfəli kənd kənd orta məktəbinə informatika müəllimi qəbul olmuşdur;
İşə başladığı gündən bu yana əsas məqsədi dövlətimizə savadlı, vətənpərvər şagirdlər yetişdirmək olmuşdur;
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin Diaqnostik Qiymətləndirilməsində iştirak edərək 53 bal toplamışdır;
2015-ci ildə Müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edərək Gəncə şəhər 42 nömrəli tam orta məktəbinə yerdəyişmə etmişdir;
1 il həmin məktəbdə çalışdıqdan sonra şəhərdaxili yerdəyişmə ilə Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə Riyaziyyat və informatika müəllimi kimi fəaliyyətə başlamışdır;
21.06.2024-cü il Müəllimlərin Sertifikatlaşdırılması müsabiqəsində Riyaziyyat fənni üzrə iştirak edərək 55 bal toplamışdır;
Aynurə Şirinova fəaliyyət göstərdiyi tədris illərində daim öz üzərində çalışan, qabaqcıl, bacarıqlı və innovativ müəllim kimi fərqlənmiş, şagird və müəllim kollektivinin dərin hörmətini qazanmışdır. Hər zaman Daim öz peşəkarlığını artırmağa çalışaraq, müxtəlif təlim, treninq və seminarlarda iştirak etmiş, hər birində aktiv iştirakına görə sertifikatlarla təltif edilmişdir;
Aynurə Şirinova Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin həm riyaziyyat, informatika, STEAM müəllimi, həm dəməktəbin “Facebook” səhifəsinin idarəçisi, “Bilbacar” müsabiqəsi üzrə koordinatoru, məktəbin Həmkarlar İttifaqı Komitəsini sədri kimi fəaliyyət göstərir;
Hər zaman işinə, vəzifəsinə vicdanla yanaşdığına, məktəbin ictimai işlərində fəallıq göstərdiyinə, Təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində ardıcıl və sistemli iş apardığına,şagirdlərin təlim tərbiyəsində göstərdiyi nailiyyətlərinə görə işlədiyi müddətdə hər il məktəb rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərmanla təltif olunmuşdur;
2015-ci Azərbaycan Respublikasının Prezidenti yanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən “İctimai əhəmiyyətli peşəkar kadrların intellektual potensialının artırılması məqsədilə təlimlərin təşkili” layihəsində fəal iştirak edərək “Sertifikat”la təltif olunmuşdur;
16.01.20107 və 01.04.2019-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil olnmuş “Peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim” , Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə təlimi” müvəffəqiyyətlə başa vuraraq “Sertifikatla təmin olunmuşdur;
2019-cu ildə Təhsildə İnkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin Gəncə şəhərində icra olunan “Robotexnika ilə gələcəyimizi dəyişək” layihəsi çərçivəsində həyata keçirilən “Lego Education wedo 2.0 setlərinin idarə olunması” təlimində fəal iştirak etmişdir;
06.12.2021 – 12.12.2021 – ci il tarixləri arasında Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Innovative Business and Products” MMC tərəfindən distant formada həyata keçirilən 36 akademik saatlıq “Layihə planlaşdırılması və layihə təklifinin yazılması” təlimini uğurla başa vurmuşdur;
2021-2022-ci ildə "STEAM Azerbaijan" da təlimlərə başlamış və Steam müəllimi kimi də fəaliyyətə başlamışdır.