2010-cu ildə Gəncə Dövlət Universitetinin "Tarix-Coğrafiya" fakültəsinin "Tarix" ixtisasına yüksək balla qəbul olunub;
2015-ci ildə Bakı Slavyan Universitetinin magistr pilləsinə qəbul olunub;
Burada 1 il təhsil aldıqdan sonra "Tələbələrin köçürülməsi proqramı" vastəsi ilə Gəncə Dövlət Universitetinə köçürülmüş və magistraturanı "Fərqlənmə" diplomu ilə bitirmişdir;
Müəllimlərin işə qəbul imtahanında iştirak edərək uğur qazanmış, Sabirabad rayon Çöl-Ağaməmmədli kənd orta məktəbinə tarix müəllimi qəbul olmuşdur;
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin Diaqnostik Qiymətləndirilməsində iştirak edərək 52 bal toplamışdır;
2019-cu ildə Müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edərək Şəmkir rayon A.Əsədov adına 1 saylı Qaracəmirli kənd tam orta məktəbinə yerdəyişmə etmişdir;
İlahə Hüseynova fəaliyyət göstərdiyi tədris illərində qabaqcıl, bacarıqlı və innovativ müəllim kimi fərqlənmiş, şagird və müəllim kollektivinin dərin hörmətini qazanmışdır;
2020-ci ildə İstanbulda keçirilən və 75 avropa ölkəsinin iştirak etdiyi " ll Uluslararası STEM Öğretmenler Konfransın"da öz məqaləsi ilə Azərbaycanı təmsil etmək hüququ əldə etmişdir;
2020-ci ildə "STEAM Azerbaijan" da təlimlərə başlamış elə həmin ili Gəncə şəhər Fizika Riyaziyyat İnformatika təmayüllü Respublika liseyində Steam müəllimi olaraq fəaliyyətə başlamışdır;
Məktəb rəhbərliyi tərəfindən "Təşəkkürnamə" ilə təltif olunub;
2020-ci ildə Türkiyənin EYUDER dərnəyinin Azərbaycan üzrə koordinatoru təyin edilmiş, həmin dərnəyin STEM Akademisi ilə birgə çalışmışdır;
STEM Akademiyası və bir neçə Azərbaycanlı həmkarları ilə birgə 500-ə yaxın Azərbaycan müəlliminə 2 günlük " Türk Cumhuriyyetlerindeki masallar destekli STEM" webinarını təşkil edərək təlimlər keçmişdir;
2020-ci il tarixdən eTwinning Beynəlxalq layihəsinə qoşulmuşdur;
Layihə çərçivəsində qardaş Türkiyənin müxtəlif şəhərlərindəki məktəblərlə qarşılıqlı əməkdaşlıq yaratmış, "Arkadaşım olurmusun" layihəsində şagirdləri ilə birgə iştirak etmişdir;
2022-ci ilin avqust ayında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsinin test mərhələsində iştirak edərək 60 mümkün baldan 45 bal toplamış və müsahibədən uğurla keçmişdir;
2022-ci ilin noyabr ayında Qazax-Tovuz Regional Təhsil idarəsinin təşkil etdiyi 500- məktəblərə direktorların işə qəbul imtahanının test mərhələsində iştirak edərək 45 mümkün baldan 39 bal toplamış və müsahibədən uğurla keçmişdir;
2022-ci ilin noyabr ayında Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin təşkil etdiyi Direktor müavinlərinin işə qəbul imtahanında iştirak edərək 40 mümkün baldan 35 bal toplamış, müsahibədən uğurla keçərək Samux rayon E.İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinə Təlim tərbiyə işləri üzrə direktor müavini təyin edilmişdir;
İlahə Hüseynova məktəbdəki yüksək fəaliyyətinə görə məktəb rəhbərliyi tərəfindən "Təşəkkürnamə" ilə təltif edilmişdir;
2023-cü ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə layihəsi olan "Məktəb Liderliyi Proqramın"da iştirak etmiş və proqramı uğurla başa vurmuşdur.