2011-ci ildə SDU-u bitirərək, kimyaçı və kimya müəllimi ixtisasına yiyələnib;
Hazırda Göyçay rayon İnteqrasiya təlimli internat tipli gimnaziyanın və Mallı-Şıxlı kənd tam orta məktəbinin kimya müəllimidir;
2017-ci ildə Müəllimlərin DQ-də ixtisas 100% ( 40 bal) nəticə göstərməklə, ümumilikdə 59 bal toplayıb;
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Göyçay rayonu üzrə Regional koordinatorudur;
Saytda olan kursları ən yüksək səviyyədə bitirdiyimə və gənc müəllimlərə olan dəstəyimə görə təşəkkürnamə və 21-ci əsr tələblərinə cavab verən müəllim olduğuma görə 2023-cü ildə sertifikatla təltif edilib;
Gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyət əldə etdiyimə görə 2023-cü ildə Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub;
2024-cü ildə Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsinin qalibidir;
AVMA-nın 2024-cü ildə təşkil edilmiş "Müəllim cəmiyyətin xilaskarı kimi" adlı layihəsinə qatılaraq, Göyçay rayonu üzrə gənc müəllimlər arasında qalib elan olunub;
2024-cü ildə ARTİ-də təşkil edilmiş imtahan və müsahibədən keçərək, qiymətləndirmə mütəxəssisi olaraq fəaliyyət göstərir;
Göyçay rayonu üzrə Sinqapur modeli olan Cerebry layihəsinin təşkilində mentorudur;
Dövlət İmtahan mərkəzində sertifikatlı zal nəzarətçisidir;
Eyni zamanda marker müəllim olaraq fəaliyyət göstərir;
2024-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən öz ixtisasım üzrə ( kimya) təşkil edilmiş imtahanda 40 mümkün baldan 40 bal toplayaraq, ən yüksək nəticə göstərib;
2024-cü ildə hazırda çalışdığı Mallı-Şıxlı kənd tam orta məktəbinin direktoru tərəfindən şagirdlərin kimya ixtisası üzrə imtahanda yüksək nəticəsinə görə təşəkkürnamə ilə təltif olunub.