Ümumi təhsilini Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseydə alıb;
1991-1995-ci illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) ibtidai təhsilin pedaqogikası və psixologiyası ixtisasını bitirib;
Elə həmin ildən də Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq çalışır;
Diaqnostik bal-51;
Sertifikasiya -43;
2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub;
Eyni zamanda 2004-cü ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika pedaqoji mühazirələrin, 2023-cü ildə isə Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində “Ruhun gözəlliyini birlikdə görək” layihəsi üzrə qalibi olub;
Dərs dediyi şagirdləri 2023-cü ildə keçirilən IV siniflərin monitorinqlərində yüksək nəticələr əldə etdiyinə görə o, Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşəkkürnaməsi ilə təltif olunub;
2002-2003- cü tədris ilindən dərslərini yeni təlim metodlarından istifadə edərək müasir tələblərə cavab verəcək səviyyədə qurur və Ucar rayonunda ibtidai siniflər üzrə kurikulumu ilk tətbiq edən müəllimlərdəndir;
2003 -cü ildən bu günə qədər Təhsil Nazirliyinin və UNİSEF-in ibtidai sinif müəllimləri üçün təşkil edilən müxtəlif treyninq və seminarlarında iştirak edərək peşəkarlıq seviyyəsini artırmış, müasir təlim metodlarını öyrənərək sertifikatlar və diplomlar qazanmışdır;
Fəal təlimlə bağlı respublikamızda Təhsil Nazirliyi tərəfindən keçirilən bir sıra müsabiqələrdə iştirak etmişdir. 2004-2005 tədris ilinin “ Təhsildə müasir yanaşmalarının təşəkkülü” elan olunması çərçivəsində keçirilmiş “Pedaqoji mühazirələr” müsabiqəsinin yekun mərhələsində respublika üzrə 1-ci dərəcəli diploma layiq görülmüşdür;
2010-cu ildən başlayaraq Təhsil Nazirliyinin http://xn--msabiqe-n2a.edu.az/ saytında keçirdiyi “Elektron təhsil müsabiqəsində fəal iştirak etmişdir. 2014-2015-ci tədris ilində V Respublika Müsabiqəsində “Milli Elektron Tədris Resuslarının yaradılması” nominasiyasında 580 dərs nümunələri arasında 17 dərs nümunəsi mükafata layiq görülmüşdür;
17 dərsdən biri də müllimənin hazırladığı “Xüsusi isimlərin böyük hərflə yazılışı” adlı dərs nümunəsi də “Fəxri diplom”a layiq görülmüşdür;
2019-cu tədris ilində Respublika “Pedaqoji Mühazirələr” inin nəticələrinə görə qaliblər sırasında olaraq Təhsil Nazirliyi tərəfindən “Tərifnamə” ilə təltif olunmuşdur. Mövzu: “Məktəbəhazırlıq təhsilinin təşkili təcrübəsindən”;
Bundan əlavə TİPİİ tərəfindən təşkil edilmiş bir çox təlimlərdə fəal iştirak edib, sonda yüksək nəticələrə nail olaraq sertfikatlar əldə etmişdir. Daim öz üzərində çalışan müəllimə pandemiya dövrü olmasına baxmayaraq indi də online şəkildə təşkil edilmiş müxtəlif təlimlərin iştirakçısı olaraq sertifikatlar qazanır;
Bütün bunlarla yanaşı müəllimə Kurikulum mərkəzi ilə də daim əməkdaşlıq edərək “Kurikulum”, “Məktəbəqədər və ibtidai təhsil” jurnallarında, “Müəllim” qəzetində elmi-metodik məqalələrlə çıxış edir və iş təcrübəsini həmkarları ilə bölüşür;
Təcrübəsini artirmaq üçün bir sıra beynəlxalq konfrans və seminarların iştirakçısı olmuşdur;
2016 –cı ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin birgə əməkdaşlığı ilə “Təhsildə mənəvi - əxlaqi dəyərlər”, “Harmonik şəxsiyyətin inkişafı” mövzusunda bir neçə günlük təşkil edilmiş beynəlxalq konfransda iştirak etmiş və dünya şöhrətli pedaqoq, akademik Şalva Aleksandroviç Amonaşvilinin mühazirələrini, dərslərini dinləmişdir;
Sonda fəal iştirakına görə Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti Ş.A.Amonoşvili tərəfindən sertifikat almışdır;
Fəal təlimə başlanan dövürdən bu günə qədər bölmə üzrə metodbirləşmə sədri kimi qazandığı yeni bilikləri öz həmkarları ilə daima bölüşür, Təhsil Şöbəsinin təşəbbüsü ilə rayonun şəhər və kənd məktəblərinin ona tanış olmayan siniflərində açıq dərslər keçərək iş təcrübəsini yaymışdır. Burada əsas məqsəd öyrənmək, öyrəndiklərimizi tətbiq və təbliğ etmək olmuşdur;
Pedaqoji fəaliyyəti dövründə rayonun ictimai işlərində də yaxından fəallıq göstərmişdir. Təhsil Şöbəsi tərəfindən təşkil edilmiş rayon səviyyəli bir çox tədbirlərin təşkilatçısı olmuşdur. Göstərdiyi bu fəallığa görə də rayon rəhbərliyi və Təhsil Şöbəsi tərəfindən dəfələrlə “Təşəkkürnamə” və “Fəxri fərman”la təltif olunmuşdur;
2021– ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən “Yubiley döş nişanı” və “Fəxri fərman”la təltif edilmişdir.
Hazırda Youtube kanalında öz iş təcrübəsini daim həmkarları ilə bölüşür.