Təhsil Nazirliyinin 06 noyabr 2008-ci il tarixli 1216 nömrəli əmri ilə Ali məktəb tələbələrinin XIII Respublika fənn Olimpiadasının qalibləri sırasında bürünc medala layiq görülüb;
Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin fizika müəllimidir;
Masallı rayonunda şagirdləri Fizika fənni üzrə olimpiadaya məhz o hazırlayır;
Şagirdləri dəfələrlə zona birincisi və Respublika Fənn olimpiadasının 2 gümüş, 3 bürünc və 4 həvəsləndirici mükafatlarının qalibi olub;
Dərs dediyi illər ərzində təhsilə verdiyi töhfələrə görə dəfələrlə məktəb rəhbərliyi tərəfindən diplomlarla, Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən isə Fəxri fərman və diplomlarla mükafatlandırılıb;
Məhz bu səbəbdən Təhsil Nazirliyi tərəfindən 01 okytabr 2018-ci ildə Fəxri Fərmana (№3407), 2023-cü il 02 oktyabr tarixli 3-29/3-1-1248K/2023 nömrəli əmri ilə Qabaqcıl Təhsil İşçisi Döş Nişanına (№ 3016) layiq görülüb;
2023-cü ildə abiturenytlər üçün “Qısa nəzəri məlumatlar” adlı kitabım çap olunub;
Qarşıda duran məqsədlərindən biri şagirdləri Beynəlxalq Fənn Olimpiadalarına hazırlamaqdır.