2019 – cu ildə 560 bal toplayaraq BDU-nun qiyabi Tarix fakültəsinin fərqlənmə diplomu ilə bitirib;
Ağdam rayon Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinə İnformatika müəllimidir;
2022- ci ildən Agma- nın Ağdam rayon üzrə koordinatoru vəzifəsini icra edir;
2022- ci ildə Agma – nın Gənc müəllimlərin Adaptasiya proqramında mentor kimi iştiraka görə təşəkkürnamə ilə təltif edilib;
Beynəlxalq və yerli layihə, konfrans və təlimlərdə fəal iştirak edib;
2017- ci ildə ARTİ – nin təşkil etdiyi İKT əsaslı kursda iştirak edib;
2021- ci ildə KOİCA and the Future Class Network under the İnternational Cooperation Program of the Government of Korea təlimində iştirak edib;
AGMA İnkişaf Bootcamp təlimi(2022);
AMEA “Qars müqaviləsindən Şuşa Bəyannaməsinə “ Beynəlxalq elmi konfransda iştirakçı olub;
Qafqazşünaslıq jurnalında konfrans materialları toplusunda məqaləsi dərc edilib;
Məktəb guşəsi elektron jurnalda “Qeyri – səlis məntiq nəzəriyyəsi “haqqında məqaləsi dərc edilib;
“Qeyri – Səlis məntiq nəzəriyyəsi və onun banisi LütfiZadə “adlı məqaləsi beynəlxalq konfrans materialları toplusunda dərc edilib ( CROSSREF);
AMEA Elm Tarixi İnstitunun təşkil etdiyi Şuşanın 270 illiyi ilə bağlı Beynəlxalq elmi konfransda məruzəçidir;
İştirakçı sertifikatı və konfrans materialları toplusunda məqaləsi dərc edilib;
AMEA Şərqşünaslıq institunun təşkil etdiyi Mirzə Kazımbəyin 220 illiyi ilə bağlı beynəlxalq elmi konfransda iştirak edib;
İCESCO-nun OPEN EDUCATİON FUİW layihəsində(2022-2023 )23 ölkədən seçilən gənc tədqiqatçılar üçün uğurlu iştiraka görə həm iştirakçı həmdə Rəsmi sertifikatlı təlimçi sertifikatı qazanıb;
ART- nin təşkil etdiyi Genderəsaslı yanaşma konfransında iştirakçı sertifikatı alıb;.(26.01.2023)
Sabahın alimləri XII Respublika müsabiqəsinin Təlim akademiyasında iştiraka görə sertifikat aıb;(14.02.2023)
eTwinning layihəsində milli və avropa keyfiyyət nişanı (2022);
AMEA Şərqşünaslıq institutunun təşkil etdiyi Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı beynəlxalq konfransda Türkiyə Azərbaycan əlaqələri ( təhsil sahəsində) mövzusu üzrə məruzəçisi olub;
AGMA – nın təşkil etdiy”i Fərq Yaradan Gənc müəllim “layihəsində finalçı diplomu ( 2023);
17.e-Twinning layihəsinfə Turn on artificial intelligence və Engelsiz eTwinning layihələri milli və avropa keyfiyyət nişanlarına layiq görülüb (2023);
Bebras beynəlxalq yarışmada koordinator kimi iştiraka görə sertifikat alıb(2023);
The STEAM Woman and Girls beynəlxalq forumunda iştiraka görə sertifikata layiq görülüb (2023);
DOST agentliyinin təşkil etdiyi Virtual sosial məktəb məktəb layihəsində iştiraka görə sertifikat verilib(2024);
Azərbaycan müəllimlərinin XVI qurultayında iştirak edib (2023);
BMT- nin Dünya liderləri akademiyasında iştiraka görə sertifikat alıb(2024);
Azərbaycan və Türkiyə gənclər fondunun təşkil etdiyi Yaşıl dünya rəsm müsabiqəsində Süni intellektlə hazırlanmış Xankəndindən Zəngəzura rəsm əsəri ( 10- cu sinif şagirdi Amil Məhərrəmovun hazırladığı) finalçı Sertifikatı ilə təltif edilib (2024);
QRTİ tərəfindən fəxri fərmanla təltif edilib (2023);
Azərbaycan AMEA Dendrologiya institutu, Qazaxıstan , Rusiya və Özbəkistanın Uluqbəy adına institunun təşkil etdiyi beynəlxalq elmi konfransda” iştirak etmiş və İnformatikanın tədrisi metodologiyası və innovativ metodlar “adlı məqaləsi konfrans materialları toplusunda dərc edilib (2024);
Tartu universitetinin təşkil etdiyi beynəlxalq online Kursda iştiraka görə beynəlxalq sertifikat (2024);
“Pozitiv düşüncənin gücü “kitabının həmmüəllifidir (2023);
4CİR akademiyanın Təhsil Nazirliyi ilə təşkil etdiyi İnformatika müəllimləri üçün online COURSERA Platformasında Google, İBM ,Microsoft və s üzrə beynəlxalq sertifikatlarlar qazanıb (2024).