2005-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olunub;
İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 saylı tam orta məktəbin Biologiya müəllimi olaraq fəaliyyətini davam etdirir;
Diaqnostik qiymətləndirmə balı- 54 ;
Kimya ,biologiya və təbiət fənləri üzrə metodbirləşmə rəhbəri;
2017-ci ildən eTwinning layihəsinin iştirakçısı-14 Milli keyfiyyət və 13 Avropa keyfiyyət nişanı;
2019-cu ildən etibarən Dövlət İmtahan Mərkəzinin marker müəllimi;
2023 –cü ildə Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı;
Şagird-Mərdanlı Nihal Əli oğlu 2020-2021-ci tədris ilində Respublika Fənn Müsabiqələrinin biologiya fənni üzrə Bürünc medalını, 2022-ci ildə Respublika Fənn Olimpiadasında biologiya Gümüş medal, 2024 –cü ildə Respublika Fənn Olimpiadasında biologiya Gümüş medalı ilə təltif olunub.
2024 –cü ildə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuşdur.
Azərbaycanda "elm və təhsilə şagird baxışı” mövzusunda IV Şagird Respublika Elmi-praktik konfrans iştirakçısı olub. Dəfələrlə İsmayıllı rayonunun İctimai işlərində fəal iştirakına görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsi tərəfindən Fəxri Fərmanalara layiq görülüb.