2009 cu ildə ADPU -un kimya və biologiya ixtisasını bitirərək müəllim kimi fəaliyyətə başlayıb.
2014-cü ildən İsmayıllı rayon İstisu kənd tam orta məktəbində direktor və kimya müəllimi kimi fəaliyyətinə davam etdirir.
Müəllimlərin DQ imtahanında ixtisas üzrə 100% (40 bal) nəticə göstərməklə ümumilikdə 52 bal toplayıb.
2017-ci ildə "Təhsildə səmərəli fəaliyyətinə" görə İsmayıllı rayon Təhsil Şöbəsinin fəxri fərmanı ilə,
2019-cu ildə "İlin ən yaxşı kimya müəllimi" rayona müsabiqəsində I (birinci) yeri tutduğuma görə İsmayıllı rayon Təhsil Şöbəsinin fəxri fərmanı ilə, 2021-ci ildə "Təhsil sahəsində səmərəli fəaliyyətinə görə" İsmayıllı rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə, 2022-ci ildə şagirdim Məlikli Eşqin kimya fənni üzrə RFO-un final mərhələsində medal qazandığı üçün DŞRTİ-in fəxri fərmanı ilə, 2023- cü ildə təhsildə qazandığım uğurlara görə DŞRTİ-in fəxri fərmanı ilə, 2023-cü ildə İsmayıllı rayon İcra Hakimiyyətinin və DŞRTİ-in təşəkkürnamələri ilə təltif olunub.
2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müəllimlərarası III ZƏFƏR olimpiadasında Respublikada kimya fənni üzrə I(birinci) yerin qalibi olub.
Kimya fənni üzrə abituriyent, MİQ və sertifikasiya hazırlığı ilə məşğul oluram.2024-cü ildə iki cilddən ibarət kimya kitablarının müəllifidir.