Ağaliyeva Vüsalə Xasay qızı 2014-cü ildə MİQ imtahanından keçərək pedaqoji fəaliyyətə başlayıb.2015-ci ildə diaqnostik imtahandan 55 bal,2024-cü ildə isə sertifikasiya imtahanından 51 bal toplayıb. Bu illər ərzində bir çox uğur və nailiyyətləri olub.2019-cu ildə Almaniya Höte institutunda Almaniya dövləti hesabına kurs keçmək hüququ qazanıb. Alman Dili Müəllimlər Birliyi və Höte institutunun təşkil etdiyi bir çox təlim və seminarlarda iştirak edib. İşlədiyi məktəbi PASCH məktəbi-yəni Almaniya məktəbləri ilə əməkdaş məktəb etmək üçün Höte institutunun metodisti cənab F.Tack və Almaniya səfirliyinin nümayəndəsi məktəbimizə gəlmiş, nümunəvi dərsimdə oturmuş, uşaqlar ilə maraqlı ,əyləncəli oyunlar təşkil etmişlər. Keçən il “5 oktyabr Müəllimlər Günü" münasibətilə Elm və Təhsil naziri cənab Emin Əmrullayev tərəfindən fəxri fərmanla təltif olunub. Bu il yenidən Höte institutunun Cənubi Qafqaz ölkələri arasında təşkil etdiyi “2024-cü ilin ən yaxşı Alman dili müəllimi” müsabiqəsinun Azərbaycan üzrə tək qalibi olub. Yenidən Almaniyada metodika və didaktika üzrə müəllimlərin təkmilləşdirilməsi kursunda iştirak edib. Bundan əlavə də şagirdlərinin uğurları olub. Almaniya səfirliyinin təşkil etdiyi ”Mən Almaniyanı necə tanıyıram" müsabiqəsində 2 şagirdi uğur qazanmışdır.2 şagirdi isə Alman oxu zalı və Höte institutunun birgə təşkilatçılığı ilə “Milad bayramı “yarışında 1-ci və 3-cü yerləri tutmuşlar.