15 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Bu illər ərzində bir çox şagirdlərinin ali təhsil almasında müəllimin payı olub. 100% nəticə ilə qəbul olan şagirdləri hazırda İngilis dili müəllimi kimi fəaliyyət göstərirlər.
Pedaqoji inkişafına daha çox zaman ayırıb. Bir çox yerli və beynəlxalq təlimlərdə iştirak edib.2019-cu ildən ARTİ ilə əməkdaşlıq edir və təlimçi kimi fəaliyyət göstərir. Məktəbdaxili qiymətləndirmə ,Ixtisasartırma və Xarici dillərin tədrisinin təşkili metodikası üzrə təlimlər keçib.
AR Elm və Təhsil nazirliyinin VI qrant layihəsi çərçivəsində ABŞ-da Arizona Dövlət Universitetində onlayn oxuyub TESOL beynəlxalq sertifikatı alıb.
2024-cü ildə “Müasir metodist’’ müsahibəsindən keçib təlimlərə cəlb olunub.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant layihənin qaliblərindən biridir.
Təhsilverənlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsində 55 ,Sertifikatlaşdırma imtahanında 54 bal toplayıb.