1961-ci ildə anadan olmuş Mirzəliyeva Emilya Abdulla qızı E.B.İmanov adına 10 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyat müəllimi işləyir.Mirzəliyeva Emilya həm də 10 nömrəli tam orta məktəbin məzunudur.
Mirzəliyeva Emilya 1980-ci ildə müsabiqədənkənar Voronej şəhərinə ali təhsil almağa göndərilmiş, 1984-cü ildə Voronej Dövlət Pedoqoji İnstutunu yüksək qiymətlərlə bitirmişdir.1984-cü ildən bu günə qədər 10 nömrəli tam orta məktəbdə 32 ildən artıqdır ki,müəllim kimi çalışır.Onun təşkilatçılığı ilə məktəbdə “Şən və Hazırcavablar Klubu”,”Breyn-rinq”,”Kim?Nə?Harada? adlı intellektual oyunlar,N.Gəncəviyə,A.S.Puşkinə həsr edilmiş ədəbi-bədii gecələr keçirilmişdir.2015-ci ildən Mirzəliyeva Emiliya Rusiya Fedarasiyasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən “Ən yaxşı rus dili və ədəbiyyatı” müəllimi müsabiqəsində iştirak etmiş,müsabiqənin qalibi olmuşdur.
05.10.2021-ci ildə Mirzəliyeva Emiliyaya Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.