Əsgərova Şəmsiyyə Nəriman qızı 2015-2016-cı tədris ilindən fəaliyyətini Şirvan şəhər S. Hüseynov adına 1 nömrəli tam orta məktəbdə başlamışdır. İşlədiyi müddətdə özünü təcrübəli, işgüzar, öz fənnini dərindən bilən müəllim kimi göstərmişdir. Müəllimlərin bilik və bacarıqlarının qiaqnostik qiymətləndirməsi zamanı- 49 bal, sertifikasiya imtahanlarında isə 53 bal toplamışdır.
2020-2021-ci tədris ilində müəllimin tədris ediyi sinifdə Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə 11-ci sinif şagirdi Quliyeva Samirə Murad qızı qızıl medal qazanıb və məktəbi həmin tədris ilində xüsusi nailiyyətlərə başa vurub. Əldə etdiyi uğurlara görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə 2021-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı, 2022-ci ildə isə Fəxri Fərman ilə təltif edilib.
2022-2023-cü tədris ilində müəllimin tədris ediyi sinifdə Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə 10-cu sinif şagirdi Qəmbərova Şəbnəm Ramil qızı gümüş medal qazanıb və əldə etdiyi uğurlara görə məktəbi xüsusi nailiyyətlərlə başa vurub.
Əsgərova Şəmsiyyə Nəriman qızı 2005-ci ildə Bakı Dövlət Universitetinin Filologiya ixtisası üzrə bakalavr, 2011-ci ildə həmin ixtisasın magistr dərəcəsini bitirmişdir. Kompüter bilikləri yüksəkdir. Xarici dillərdən İngilis və rus dillərində yazıb, oxumağı-bacarıqr və başa düşür.
2021-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində şagidi Cavad Mahmudov Azərbaycan Respublikası Elm və Təhsil naziri tərəfindən fəxri fərmanla təltif edilib
2022 - 2024 - ci illərdə Şirvan-Səlyan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif olunub.