Azedu.az

Peşə məktəblərində direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!

Peşə Təhsili

27 Fevral 2025, 16:25
Peşə məktəblərində direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!

Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi 15 mart tarixində Bakı şəhərində keçiriləcək.

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, imtahanların yeri və vaxtı ilə bağlı ətraflı məlumat namizədlərə SMS vasitəsilə təqdim ediləcək. 

Namizədlərdən portalda qeyd etdikləri telefon nömrələrinin aktivliyini yoxlamaları və hər hansı dəyişiklik olduğu halda agentliyin Çağrı Mərkəzinə (146-7) məlumat vermələri xahiş olunur. 

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox