Azedu.az

Yağıntılı hava tədrisə mane olur? - Rəsmi açıqlama

Xəbərlər

Məktəblər

Elm və Təhsil Nazirliyi

16 Aprel 2025, 10:00
Yağıntılı hava tədrisə mane olur? - Rəsmi açıqlama

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək

AzEdu.az xəbər verir ki, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır və təhlillər aparılır. 

Qeyd edirik ki, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə müvafiq addımlar atılır. Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də,  təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Təhsil müəssisələrində uşaqların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. 

İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə, təhlükə ilə üzləşdikdə isə dərhal aidiyyəti xilasetmə qurumlarının çağırış və tövsiyələrinə riayət etmələrini xahiş edirik.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox