Azedu.az

MÜTDA “Son Zəng” bağlı çağrış edib

AzEdu Təhsil Platforması

Orta təhsil

Təhsil Nazirliyi

13 İyun 2025, 16:38
MÜTDA “Son Zəng” bağlı çağrış edib

14 iyun tarixində ölkənin bütün tam orta ümumtəhsil müəssisələrində ənənəvi “Son Zəng” çalınacaq. Bu münasibətlə bütün məzunlarımızı, onların yaxınlarını və müəllimlərini təbrik edirik!

AzEdu.az xəbər verir ki,  “Son Zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbət aparılıb.
Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. 
Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik. 
 Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır.

Ukrayna DARMADAĞIN EDİR - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox