Daxili İşlər Nazirlirliyi (DİN) Mətbuat xidmətinin keçmiş rəis müavini, “Mübarz keşikdə” qəzetinin sabiq baş redaktoru, polis polkovniki, Əməkdar jurnalist Cavid Xaspoladova ağır itki üz verib.
Bu barədə AzEdu.az-a jurnalist Yadigar Məmmədli bildirib.
Onun verdiyi məlumata məlumata görə, hazırda Azərbaycan Təhlükəsizlik Şurası Katibliyinin əməkdaşı olaraq çalışan Cavid Xaspoladovun anası Məryəm xanım vəfat edib.
Mərhumun 3-7 mərasimi martın 21-də saat 18:00-dan etibarən “Nərimanov” metrostansiyasının yaxınlığında İzzətdin Həsənoğlu küçəsi 9 ünvanında yerləşən “Gülab” mərasim evində keçiriləcək.
Allah rəhmət eləsin.