Martın 11-dən Təhsil İnstitutunun “Müasir metodist” layihəsi çərçivəsində müəllimlər üçün müsahibə mərhələsinin icrasına başlanılır.
Bunu Təhsil İnstitutundan AzEdu.az-a bildiriblər.
Qeyd edilib ki, bu həftə Abşeron-Xızı, Dağlıq Şirvan və Lənkəran-Astara Regional Təhsil İdarələrinə tabe olan ümumi təhsil müəssisələrində çalışan və “Müasir metodist” layihəsi üzrə qeydiyyatdan keçən müəllimlər müsahibə mərhələsinə cəlb olunacaqlar.