Azedu.az

Bakı məktəblisi erməni idmançılar üzərində qələbə qazandı

Bağçalar

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

Uğur hekayələri

Araşdırma

Videolar

Seçilmişlər

Layihələrimiz

7 Mart 2018, 11:10
Bakı məktəblisi erməni idmançılar üzərində qələbə qazandı

Paytaxt məktəblisi Gürcüstanda idmanın kikboksinq növü üzrə keçirilən beynəlxalq turnirdə birinci yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEDU-ya verilən məlumata görə, 232 nömrəli tam orta məktəbin beşinci sinif şagirdi Fəhmin İdrisov 33 kiloqram çəki dərəcəsilə bütün rəqibləri üzərində qələbə qazanıb.

Yarışda məktəblimizin məğlub etdiyi rəqibləri arasında iki erməni idmançı da olub.

F.İdrisov medal və diplomla təltif olunub.

Yeddi ildir ki, kikboksinq idman növü ilə məşğul olan istedadlı məktəbli bir sıra ölkədaxili və beynəlxalq turnirlərdə iştirak edib. Türkiyə və Gürcüstanda təşkil olunan beynəlxalq turnirlərdə dəfələrlə qızıl medala layiq görülüb. Ümumilikdə 28 yarışda iştirak edən F.İdrisov 22 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox