Azedu.az

Təhsilli analar uşaqlarının idrak və sosial inkişafını sürətləndirir

Müəllimlər və elm adamları

12 Mart 2025, 09:43
Təhsilli analar uşaqlarının idrak və sosial inkişafını sürətləndirir

Təhsil bir insanın dünyagörüşünü, dünyaya baxış bucağını və sosial əlaqələrini formalaşdıran bir faktordur. Buna görə də təhsilli anaların uşaqları ilə qurduğu ünsiyyət və onların inkişafına verdiyi dəstək tamamilə fərqlidir. Lakin, təhsilsiz anaların da özünəməxsus tərbiyə metodları və həyat təcrübəsini də danmaq olmaz.

 

Maraqlıdır, bu gün təhsilli ana ilə təhsilsiz ananın yetişdirdiyi övladların gələcəyə təsiri necədir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən “Əməkdar müəllim”, sabiq deputat Sona Əliyevanın sözlərinə görə, uşağın fiziki, psixoloji və intelektual inkişafında ananın rolu əvəzolunmazdır:

 

“Ananın təhsil səviyyəsi onun övladına verdiyi tərbiyəyə, öyrətdiyi biliklərə və dünyagörüşünə birbaşa təsir edir. Təhsil, rəsmi formada təhsil sənədi almaqdan ibarət deyil, həm də anaların düşüncə tərzinə, problem həll etmə bacarığına, sosial münasibətlərinə və övladlarına qarşı davranışına təsir edən mühüm faktordur.

 

Təhsilli analar uşaqlarına daha çox stimul verərək onların idrak, emosional və sosial inkişafını sürətləndirir, təhsilsiz analar isə təmamilə fərqli tərbiyə metodları ilə onların inkişafına təsir edir.Təhsilli analar adətən uşaqlarına erkən yaşlardan oxumaq, yazmaq, riyazi düşünmə bacarıqlarını öyrətməyə çalışırlar. Onlar övladlarının suallarına ətraflı və doğru olan cavablar verirlər ki, bu da uşağın idrak inkişafını gücləndirir. Təhsilli analar uşaqlarını nə isə öyrədərkən yalnız nəzəri deyil, həm də praktik metodlardan istifadə etməyə üstünlük veririlər.

 

Adətən, uşaqlarına problemləri araşdırmağı, öz fikrini başqaları ilə müqayisə etməyi və məntiqli nəticələr çıxarmağı öyrədirlər. bu prosesdə, uşaqların öz fikirlərini ifadə etməsinə şərait yaradır və onların müstəqil düşünməsini dəstəkləyirlər. Təhsilli analar daha çox dialoqa açıqdırlar və uşaqlarını hisslərini ifadə etməyə təşviq edirlər. Adətən, uşaqları ilə dost olmağı seçir,  onları başa düşdüyünü hiss etdirməyə, hər hansı bir situasiyada qınamağın əksinə yardım etməyə çalışırlar.

 

Həmçinin, uşaqlarına başqalarının hisslərini anlamağı və onlarla düzgün ünsiyyət qurmağı öyrədirlər. Təhsilli analar sağlam qidalanmanın əhəmiyyətini başa düşərək uşaqlarının düzgün qidalanmasına xüsusi diqqət yetirirlər. Xəstəliklər, peyvəndlər və ilkin tibbi yardım haqqında məlumatlı olurlar və uşaqlarını da bu istiqamətdə maarifləndirirlər”.

 

“Təhsilsiz anaların övladları ilə münasibəti sevgi və qayğıya əsaslansa da, onların təhsil və inkişaf baxımından adətən eyni performans sərgiləyə bilmirlər”,- deyə S.Əliyeva fikrini əlavə edib:

 

“Məsələn, uşaqlarla maarifləndirici fəaliyyətlərə  az yer verirlər. Uşaqların verdiyi suallara bəzən qısa və qeyri-dəqiq cavablar verirlər. Adətən avtoritar tərbiyə üsulundan istifadə edir və uşaqların özünü ifadəsinə,  müstəqil düşünməsinə imkan vermir,  konkret fikirləri məcburi şəkildə qəbul etdirməyə meyilli olurlar.

 

Həmçinin məhdud təhsil səviyyəsi ilə əlaqədar adətən, düzgün qidalanma, sağlam həyat tərzi, xəstəliklərin profilaktikası və uşaq inkişafı ilə bağlı əhəmiyyətli biliklərə sahib deyillər. aşağı təhsil səviyyəsi həm də məktəbə hazırlıq prosesində dərslərində kömək etməyi çətinləşdirir və ya mümkünsüz edir. Bu da uşaqların təhsil səviyyəsinə, peşə və digər həyati məsələlərdə düzgün qərarlar verə bilməməsinə təsir edir. Çünki, təhsilsiz analar uşaqlarını tərbiyə edərkən daha çox öz həyat təcrübələrinə əsaslanırlar.

 

Birmənalı şəkildə ananın təhsil səviyyəsi uşağın gələcəkdə uğurlu və sağlam bir şəxsiyyət kimi yetişməsinə təsir edən əsas amillərdən biridir. Bu səbəbdən hər bir qadının təhsil alması və özünü inkişaf etdirməsi, təkcə onun üçün deyil, həm də gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyır.

 

Lakin, unutmaq olmaz ki, analıq yalnız təhsillə ölçülən bir məfhum deyil. Sevgi, qayğı, şəfqət və fədakarlıq da uşağın tərbiyəsində mühüm rol oynayır. Əsas olan, övladının potensialını düzgün qiymətləndirə bilmək, onu sevgi və qayğıyla böyütmək və ona yaşadığı dünyanı anlamağa kömək etməkdir”.

Rusiya hücumu dayandırdı-ələ keçirilən ərazilər itirildi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox