Sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsini və tədris bacarıqlarını qiymətləndirən bir sistemdir. Müəllimlərin sertifikasiyadan yüksək bal toplaması, onların tədris sahəsində dərin biliklərə malik olduqlarına, müasir tədris metodları və yanaşmalarını tətbiq etdiklərinə dəlalət edir.
AzEdu.az 2022-ci ildən etibarən sertifikasiya imtahanında iştirak edərək, fəaliyyət göstərdiyi Regional Təhsil İdarəsi üzrə yüksək bal toplayaraq ilk 10-luqda yer alan fənn müəllimlərini "Sertifikasiyanın liderləri" rubrikası altında ictimaiyyətə təqdim edəcək.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə fəaliyyət göstərən İngilis dili müəllimlərini təqdim edirik.
Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə sertifikasiyadan yüksək bal toplayan MÜƏLLİMLƏR:
1.İlahə Məmmədzadə- Mingəçevir şəhər 20 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 59, müsahibə mərhələsindən isə 36 bal toplayıb;
2.Aytəkin Mikayılova- Ucar rayonu Boyat kənd M.H.Teymurov adına tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
3.Rəna Əliyeva- Ucar rayonu Bərgüşad kənd 2 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
4.Sayalı İsmayıllı- Mingəçevir şəhər İ.Qayıbov adına 10 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplayıb;
5.Nigar Məmmədova- Kürdəmir şəhər F.Həşimov adına 3 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
6.Aynur Novruzova- Mingəçevir şəhər R.Mirabov adına 7 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
7.Tacmahal Mehdiyeva- Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 38 bal toplayıb;
8. Rəna Əhmədova-Ucar şəhər 1 nömrəli texniki və humunitar fənlər təmayüllü məktəb-liseyin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 37 bal toplayıb;
9.Lamiə Məmmədova- Göyçay rayonu Şıxbəy kənd T.İsmayılov adına ümumi orta məktəbin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 37 bal toplayıb;
10.Aynur Musayeva-Mingəçevir şəhər S.Vurğun adına texniki və təbiət fənləri təmayüllü liseyin müəllimi test mərhələsindən 58, müsahibə mərhələsindən isə 33 bal toplayıb.