Azərbaycan ümumi təhsil məktəblərində 174 min 656 müəllim çalışır. Onlardan böyük hissəsi - 144 min 41 nəfəri qadın, 30 min 615 nəfəri isə kişidir.
Kişi müəllimlərlə ən az rastlaşdığımız yaş qrupu isə ibtidai siniflərdir.
Bəs görəsən, ölkə üzrə neçə kişi ibtidai sinif müəllimi var?
Sözügedən mövzu ilə bağlı AzEdu.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, 2024/2025-ci tədris ilində ümumi təhsil müəssisələrində çalışan kişi ibtidai sinif müəllimlərinin sayı 1781 nəfərdir.