Azedu.az

"İlin gənc müəllimi"nin qalibi yeni təyinat alıb

Kolleclər

20 Sentyabr 2024, 12:10
"İlin gənc müəllimi"nin qalibi yeni təyinat alıb

Xəbər verdiyimiz kimi, 3 kollecə direktor təyin edilib. 

 

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib. 

 

Bildirilib ki, təyinat alan direktorlardan biri də Nemət Rüstəmlidir. 

 

Neymət Rüstəmli bakalavriat təhsilini Sumqayıt Dövlət Universitetində almış, magistratura səviyyəsini isə "ADA" Universitetində "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə bitirmişdir. 2011-2019-cu illərdə Ağdam rayon 91 saylı köçkün tam orta məktəbi və I Sarıcalı kənd tam orta məktəbində müəllim kimi çalışmışdır. O, bu təyinatadək Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra etmişdir. N. Rüstəmli I Yüksəliş müsabiqəsinin yarımfilançısıdır.

 

Qeyd edək ki, o, AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi-2021” müsabiqəsində qaliblərindən biri olub. 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox