Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il 27 aprel tarixində peşəkar mühasib sertifikatı imtahanının I və II mərhələsi üzrə elektron formada sınaq imtahanı keçiriləcək.
AzEdu.az xəbər verir ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda təşkil olunacaq.
Sınaq imtahanında iştirak etmək istəyənlər 14 aprel saat 17:00-dan 21 aprel saat 11:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar (ətraflı məlumat DİM-in internet saytının epayment.dim.gov.az səhifəsində verilib).
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub qeydiyyatdan keçmək lazımdır.
“İmtahana buraxılış vərəqəsi” imtahandan 4-5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək.
Qeyd: Peşəkar mühasib sertifikatı üzrə elektron sınaq imtahanının demo versiyası da Mərkəzin saytına yerləşdirilib: