Azedu.az

Dövlət qulluğunda müsahibənin vaxtı müəyyənləşdi

Dövlət İmtahan Mərkəzi (DİM)

17 Mart 2025, 16:50
Dövlət qulluğunda müsahibənin vaxtı müəyyənləşdi

Elan üzrə 136 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 703 vəzifə (A növündə 605 vakant, B növündə 98 vakant) müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2465 namizədlə 4322 müsahibənin keçirilməsi planlaşdırılır. 

DİM-dən AzEdu.az-a bildirilib ki, yüksək müsahibə sayı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi, 4 saylı sahə üzrə əməyin mühafizəsi məsələlərinə nəzarət sektoru, məsləhətçi - əmək müfəttişi (1 vakant yer üzrə 228 namizəd), Elm və Təhsil Nazirliyi, Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi, Sənədlərlə iş sektoru, məsləhətçi (1 vakant yer üzrə 148 namizəd)  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Kompleks Ekoloji Monitoriq İdarəsi, Planlama və inkişaf sektoru, məsləhətçi (1 vakant yer üzrə 147 namizəd) vəzifələri üzrə qeydə alınmışdır.

Müsahibələrin 3 aprel 2025-ci il - 2 sentyabr 2025-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.                      

Namizəd 48 saat ərzində (17 mart 2025-ci ildən - 19 mart 2025-ci il saat 18:00-dək) müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməlidir. Müsahibədə iştirak etməyəcəyi halda müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin kodunu seçib açılan müraciət formasında 'İMTİNA' düyməsini sıxmaqla müsahibədə iştirakdan imtina edə bilər. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaqdır.             

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaqdır.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, habelə vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur. Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrdə iştirak edən namizədlər yaddaş kitabçası ilə buradan tanış ola bilərlər.

Qeyd: Təyin edilmiş müsahibə günü etibarlı sertifikatı olmayan namizədlərin müsahibələri ləğv edilmişdir. Müsahibənin keçirilməsi üçün namizəd müsahibə gününə qədər müvafiq sertifikat əldə edərək DİM-ə müraciət etməlidir.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox