Azedu.az

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM)

14 Fevral 2025, 11:12
“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir. İmtahan 26 aprel 2025-ci il tarixində keçiriləcək. Son qeydiyyat tarixi 11 mart 2025-ci ildir.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib.

Bildirilib ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi)  imtahanlarını təşkil edir.

İmtahana qeydiyyat üçün verilən linkə daxil ola bilərsiniz.

Ətraflı məlumat üçün əldə etmək üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox