Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək bir neçə imtahanın dəqiq tarixini elan edib.
AzEdu.az çoxsaylı sualları nəzərə alaraq DİM-in rəsmi saytına istinadən aprel ərzində keçiriləcək imtahan və tədbirlərin təqvimini təqdim edir.
15 mart - 15 aprel - Ali təhsili müəssisələrinə elektron sənəd qəbulu;
15 mart - 15 aprel – Orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu;
7 aprel - Buraxılış imtahanları, tam orta (11 illik) təhsil bazasında, 1-ci istiqamət;
7 aprel – Rezidenturaya qəbul imtahanı, 1-ci mərhələ;
14 aprel - Buraxılış imtahanları, tam orta (11 illik) təhsil bazasında, 2-ci istiqamət;
16 aprel - Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı;
21 aprel – Buraxılış imtahanı, tam orta təhsil bazasında, 3-cü istiqamət;
21 aprel – İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (B növü);
26 aprel - Magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrların ərizələrinin onlayn qəbulu (II mərhələ);
28 aprel - 11-ci sinif cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;
28 aprel - Cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;