Azedu.az

Bağça müdiri olmaq istəyənlər üçün sənəd qəbulunun TARİXİ

Bağçalar

25 Noyabr 2024, 14:36
Bağça müdiri olmaq istəyənlər üçün sənəd qəbulunun TARİXİ

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi noyabrın 27-dən başlayacaq.

AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi dekabrın 4-dək davam edəcək.

Qeyd edilib ki, Müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox