Azedu.az

Bakı metrosunda YENİLİK

AzEdu Təhsil Platforması

1 Noyabr 2025, 14:16
Bakı metrosunda YENİLİK

Bakı metrosunda NFC ödənişlərə başlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib. Qeyd edilib ki, artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş etmə imkanı yaradılıb.

"Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında (“Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq. Sınaq mərhələsində texniki çətinlik yaranarsa, “BakıKart” və ya digər ödəniş üsullarından yararlana bilərsiniz"- açıqlamada deyilir.

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox