Azedu.az

21 yaşlı oğlan faciəvi şəkildə öldü - Foto

1 Noyabr 2025, 11:45
21 yaşlı oğlan faciəvi şəkildə öldü - Foto

Salyan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AzEdu.az xəbər verir ki, rayonun Boranıkənd kənd sakini 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Əliyev hündürlükdən yıxılıb.

Belə ki, o, yük avtomobilində ot bağlaması qaldırarkən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Ağır bədən xəsarətləri alan İ.Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
Son xəbərlərDaha çox