Azedu.az

3 gün əvvəl yıxılaraq xəsarət alan azyaşlı ölüb

29 Sentyabr 2025, 13:39
3 gün əvvəl yıxılaraq xəsarət alan azyaşlı ölüb

Salyanda 3 gün əvvəl hündürlükdən yıxılan 1 yaşlı uşaq xəstəxanada ölüb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 26-da Salyan rayonunun Varlı kəndində valideyin nəzarətindən yayınan bir yaşlı H.Z fərdi yaşayış evinin ikinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Azyaşlının bu gün günorta saatlarında reanimasiyada öldüyü bildirilir.

GƏRGİNLİK ARTDI! Soydaşlarımız təhlükədə -Quru sərhədlər nə vaxt açılır?
Son xəbərlərDaha çox