Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-23 13:55:00
Şəhərdə qeydiyyatda olub, bölgədə oxuyanlar "qəbul"u harada verəcəklər? - RƏSMİ

2019-cu ildə keçiriləcək qəbul imtahanlarıyla bağlı abituriyentlər tərəfindən bir sıra məqamlar hələ də qaranlıq qalıb.

Ən çox soruşulan suallardan biri də, cari və əvvəlki ilin məzunlarının qəbul imtahanlarını verəcəkləri ərazinin hansı meyarlar əsasında seçilməsiylə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­sinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Yəni, bu zaman sizin hansı ərazidə və ya şəhərdə qeydiyyatda olmağınız nəzərə alınmır.

Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları elektron ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.

Xatırladaq ki, fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının (I-IV ixtisas qrupları üzrə) keçirilməsi nəzərdə tutulur.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.

Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı fevralın 17-də keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları