Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-20 11:00:01
 Zaqatalanın zəif qəbul nəticələri – Tələbəsiz kəndlər 

Qəbul imtahanlarındakı  yüksək göstəricilərə görə,  respublikada bir neçə məktəb xüsusilə seçilir. 

Bununla yanaşı, çox zəif  nəticələrə sahib, qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Zaqatala rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:

Aşağı Çardaxlar kənd orta məktəbi üzrə 1995-2009-cu və 2017-ci il;

Əliabad qəsəbə 3 saylı orta məktəbi üzrə 1995-2001-ci illər;

Danaçı kənd 1 saylı orta məktəbi üzrə 1996-1999-cı illər;

Qandax kənd orta məktəbi üzrə 2006-2009-cu illər;

Maqov kənd orta məktəbi üzrə 1998-2006-cı illər;

Mosul kənd orta məktəbi üzrə 1995-2003-cü illər;

Üçüncü tala kənd orta məktəbi üzrə 1999-2003-cü illər;

Muğanlı kənd orta məktəbi üzrə 1996-2005-ci illər;

Suvagil kənd 1 saylı orta məktəbi üzrə 1997-2001-ci illər;

Car kənd 1 saylı orta məktəbi üzrə 1995-1997-ci illər;

Yengiyan kənd orta məktəbi üzrə 1995-2005-ci illər;

Uzuntala kənd orta məktəbi üzrə 1997-2000-ci illər;

Əliabad qəsəbə 4 saylı orta məktəbi üzrə 1995-2000-ci və 2005-2010-cu illər;

Tala kənd 4 saylı orta məktəbi üzrə 1996-2003-cü illər;

Kəpənəkçi kənd orta məktəbi üzrə 1995-2012-ci illər;

Faldarlı kənd orta məktəbi üzrə 1995-2000-ci illər;

Yolayrıc kənd orta məktəbi üzrə 2000-2012-ci illər ərzində heç bir məzun ali təhsil müəssisələrinə daxil ola bilməyib.

Xatırladaq ki, Zaqatala məktəblərində qəbul göstəriciləri respublika səviyyəsindən aşağıdır. Eyni zamanda məktəblərdə şagird azlığı da müşahidə olunur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları