https://www.zirve.edu.az/
19.12.2018 17:29
Xaricdə oxuyub diplomlarını təsdiqlətmək istəyənlərin mütləq izləməli olduğu fotolar – Jurnalistlər xüsusi idarədə  

Dekabrın 19-da Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə mediatur keçirilib.

AzEdu.az xəbər verir ki, mediatur zamanı jurnalistlərə idarənin fəaliyyət sahələri üzrə cari ildə görülən işlər, həyata keçirilmiş yeniliklər və digər aidiyyəti məsələlər barədə məlumat verilib.

Jurnalistlərə cari ildə nostrifikasiya prosedurunda həyata keçirilmiş yeniliklər və istifadə rahatlığı məqsədilə edilmiş dəyişikliklər, eləcə də vətəndaşların sözügedən sahədə maarifləndirilməsi istiqamətində görülmüş mühüm işlər barədə ətraflı məlumat verilib.  Qeyd edilib ki, nostrifikasiya üçün sənədlərin elektron qaydada rahat şəkildə təqdim olunması məqsədiləwww.ani.edu.gov.az internet səhifəsində müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, tələb olunan sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Eləcə də vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə verilib.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, il ərzində nostrifikasiya ilə əlaqədar Təhsil Nazirliyinə 3570 müraciət daxil olub. Müraciətçilərin əksəriyyətini MDB-nin müxtəlif ölkələrində (Rusiya Federasiyası, Ukrayna və s.) və Türkiyə Respublikasında təhsil alanlar, digər əhəmiyyətli hissəsini isə Avropa və Asiya ölkələrinin ali təhsil müəssisələrinin məzunları təşkil edir.

FOTO: İsmət Paşa