Azedu.az

Bərdədə yeniyetmə çayda boğularaq ölüb

Hadisə

1 Avqust 2025, 09:27
Bərdədə yeniyetmə çayda boğularaq ölüb

Tərtər çayının Bərdə rayonundan keçən hissəsində toplanmış su hövzəsində yeniyetmə boğularaq ölüb.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində baş verib.

Belə ki, 26.12.2009-cu il təvəllüdlü Rüstəmov Nihad Bəhrəm oğlu Tərtər çayının sözügedən kənddən keçən hissəsində toplanmış su gölməçəsində həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.


Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox