Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 11:25:08
İsmayıllıda itkin düşən 11-ci sinif şagirdi tapılıb - YENİLƏNİB

Dünən səhər saatlarında İsmayıllı rayonunda evdən çıxaraq oxuduğu məktəbə gedən və geri qayıtmayan 2000-ci il təvəllüdlü Nağıyev Bilal Elçin oğlu tapılıb.

AzEDU APA-ya istinadən xəbər verir ki, bir sutka ərzində övladını tapa bilməyən valideynlər bu gün İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər. Bilal Nağıyev itkin kimi qeydiyyata alınaraq onun axtarışına başlanılıb. Bu barədə mətbuat orqanları və telekanallarda məlumat verildikdən sonra Bilal Nağıyev tapılıb. Onun səhhətində heç bir problemin olmadığı bildirilir. Valideynlərinə təhvil verilən B.Nağıyev yaşadığı evə qayıtsa da, bir sutka ərzində harada olması barədə heç bir məlumat verməyib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

12:27

İsmayıllı rayonunda yeniyetmə oğlan evdən çıxaraq geri qayıtmayıb.

AzEDU xəbər verir ki, DİN Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, 2000-ci il təvəllüdlü Nağıyev Bilal Elçin oğlu martın 27-i səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən oxuduğu məktəbə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Valideynləri günorta saatlarında evə gəlmədiyinə görə onun axtarışına başlayıblar. Bir sutka ərzində övladını tapa bilməyən valideynlər bu gün İsmayıllı rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediblər.

Bilal Nağıyev itkin kimi qeydiyyata alınıb, onun axtarışına başlanılıb. Məlumata görə, Bilal Nağıyev evdən məktəbə getsə də çantasını, kitablarını, şəxsiyyət vəsiqəsini özü ilə aparmayıb.

Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşludur, sifətinin sağ tərəfində çapıq var. O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkcə, qara rəngdə cins şalvar olub.

Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsinə, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

29852557_2048270345448929_81478179_n.jpg

29664123_2072565609688026_2030743369_n.jpg