![](https://azedu.az/uploads/news/2018/03/29634713_2072520869692500_1218223689_o.jpg)
Martın 27-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində hazırlanmış səriştə əsaslı kurikulumların təqdimatı keçirilib.
AzEDU AZƏRTAC-a istinadən xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi direktorunun və əməkdaşlarının, ekspertlərin qatıldıqları tədbirdə kurikulumların strukturu diqqətə çatdırılıb, təhsilalanların qiymətləndirilməsi formaları müzakirə olunub, o cümlədən kurikulumlara dair rəy və təkliflər dinlənilərək müvafiq düzəlişlər edilib.
Peşə standartları əsasında tərtib edilmiş kurikulumlar sahə üzrə mütəxəssislər, beynəlxalq və yerli ekspertlər, peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti tərəfindən birgə hazırlanaraq işəgötürənlər tərəfindən təsdiq olunub. Növbəti mərhələdə kurikulum əsasında tədris materialları və kitabların hazırlanması nəzərdə tutulub. Bu kurikulumlardan növbəti tədris ilindən pilot olaraq istifadə edilməsi, eləcə də qeyd edilən kurikulum formatı əsasında digər təhsil proqramlarının hazırlanması və yenilənməsi planlaşdırılıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)