Yüksək Avstriya universiteti tətbiqi elmlər,tətbiqi səhiyyə,sosial elmlər məktəbinin sosial iş üzrə magistr proqramının rəhbəri prof. Kristian Stark 05.12.2018-ci il tarixində BDU-nun “Sosial iş” kafedrasının dəvətilə Sosial İş ixtisasında oxuyan tələbələr üçün ustad dərsi keçirib.
AzEdu.az xəbər verir ki, dərs zamanı prof. Kristian Stark sosial işin Avstriya təcrübəsindən bəhs etmiş, sosial iş texnologiyaları ilə bağlı tələbələrin suallarını cavablandırıb.
Prof. Kristian Stark çalışdığı ali məktəbdə sosial iş təhsilinin özəllikləri, sosial işlə bağlı dünya təcrübəsi haqqında da tələbələri məlumatlandırıb.