Bu gün səhər saatlarında İsrail polisi ölkənin Səhiyyə Nazirliyindən Ermənistanda verilmiş saxta diplomlar əsasında lisenziya almaqda şübhəli bilinən 40 həkim və əczaçını saxlayıb.
AzEdu.az trend-ə istinadən xəbər verir ki, həmin insanlar Ermənistan universitetin tibb və əczaçılıq fakültələrində təhsil alıblar: "Onlar Səhiyyə Nazirliyinə mütəxəssis diplomlarını təqdim ediblər, halbuki, əslində orada qısa müddət ərzində təhsil alıblar və imtahanları tam verməyiblər".