Azedu.az

Tələbələr arasında AXC-nin yubileyi ilə bağlı bilik yarışı keçirilib

Ali təhsil

27 Mart 2018, 10:10
Tələbələr arasında AXC-nin yubileyi ilə bağlı bilik yarışı keçirilib

Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə riyaziyyat və informasiya texnologiyaları üzrə bilik yarışının birinci mərhələsi keçirilib.

AzEDU-ya Təhsil Nazirliyindən verilən məlumata görə, 8 ali təhsil müəssisəsini əhatə edən bu yarışda ümumilikdə 500-dən çox SABAH tələbəsi iştirak edib.

Yarışlar müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilib.

Qeyd edək ki, yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, 100-dən artıq tələbə cari ilin aprel ayının sonunda keçiriləcək ikinci mərhələdə iştirak edəcək.

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox