Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-30 14:46:00
Dövlət qulluğuna qəbulun test mərhələsi  - Fənlər üzrə qəbul proqramı

Dövlət qulluğuna qəbul test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı online (kompüter vasitəsilə), həm də yazılı formada həyata keçirilir.

Test imtahanında namizədlər Azərbaycan dili, qanunvericilik, məntiqi təfəkkür və informasiya texnologiyalarından imtahan verməlidirlər.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin rəsmi saytına əsasən, qeyd olunan fənlər üzrə dövlət qulluğuna qəbul proqramlarını təqdim edir:

(Proqramlarla qeyd olunan linklər vasitəsilə tanış ola bilərsiniz):

Azerbaycan_dili.pdf

Qanunvericilik.pdf

Mentiq.pdf

Informatika.pdf

Xatırladaq ki, test imtahanı inzibati vəzifələrin aşağıdakı qruplarına uyğun həyata keçirilir.

A növü – AA, AB, AC qrupları - inzibati rəhbər (idarəetmə) vəzifələr

B növü – BA,BB qrupu – inzibati icraçı vəzifələr

Test imtahanlarında qapalı, açıq və esse tipli tapşırıqlardan istifadə olunur.

Test imtahanında müəyyən olunmuş balı toplayan şəxslərə sertifikat verilir. Sertifikat 5 il müddətində qüvvədədir. Sertifikat şəxsin inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edir. Altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir. Şəxsə sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak hüququ verir.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə sertifikatı qüvvədə olan şəxs müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Ümumi müsahibədə hazırda dövlət qulluğunda çalışan və ya ümumilikdə 5 il qulluq stajı olan şəxslər iştirak edə bilər.

Daxili müsahibə müvafiq dövlət orqanında çalışan dövlət qulluqçularının qulluqda yüksəlişi məqsədilə həyata keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları