Azedu.az

Müəllimlər arasında müsabiqə keçiriləcək.    

Orta təhsil

Müəllimlər və elm adamları

29 Noyabr 2018, 16:10
Müəllimlər arasında müsabiqə keçiriləcək.    

Müəllimlər arasında müsabiqə keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, Təhsil İnstitutu tərəfindən “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçiriləcək.

Dekabrın 15-də keçiriləcək müsabiqənin məqsədi istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektivi müəyyənləşdirmək, onların müxtəlif layihələrə cəlb olunmaqla pedaqoji və akademik bacarıqlarının inkişafını təmin etməkdir.

Müsabiqə beş fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçiriləcək.  Müsabiqənin ümumi mükafat fondu 15000 manatdır. Hər bir fənn üzrə I yerin qalibinə 1500 manat, II yerin qalibinə 1000 manat, III yerin sahibinə isə 500 manat mükafat veriləcək.

“Kapital Bank”ın baş sponsorluğu ilə keçiriləcək müsabiqədə iştirak könüllüdür.

TƏCİLİ! Türkiyədən Bakıya rədd cavabı - Gərginlik niyə dayanmır?
Son xəbərlərDaha çox