Azedu.az

UNEC-in tələbələri və məzunu Avropa Parlamentində təcrübə keçəcəklər - FOTO

Ali təhsil

29 Noyabr 2018, 12:16
UNEC-in tələbələri və məzunu Avropa Parlamentində təcrübə keçəcəklər - FOTO

NEC-in məzun və tələbələri Gənclər Fondunun Avropa Parlamentinin (Brüssel) təcrübə proqramı üzrə keçirdiyi müsabiqənin qalibi olub.

AzEdu.az-ın məlumatına görə, Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisəsindən 201 tələbə iştirak edib. Qaliblər sənədlərin ekspertizası və müsahibələr əsasında müəyyən olunub. UNEC-in 3 tələbəsi və bir məzunu müsabiqənin qalibi olaraq Avropa Parlamentində təcrübə hüququ qazanıb. Müsabiqə qaliblərinin sayına görə universitetlər arasında UNEC birinci yerdədir.

Qalibləri təqdim edirik:

Xəyal Məmmədli - SABAH mərkəzi, marketinq ixtisası, 4-cü kurs;

Emiliya Bayramova - Rus İqtisad Məktəbi, beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs;

Yunis Şərifli - Türk Dünyası İqtisadiyyat Fakültəsi, beynəlxalq münasibətlər ixtisası, 3-cü kurs;

Fərid Fərəcov – UNEC-in məzunu.

Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!
Son xəbərlərDaha çox