Azedu.az

BDU-nun itkin düşən tələbəsi tapıldı - FOTO

Ali təhsil

23 Noyabr 2018, 13:45
BDU-nun itkin düşən tələbəsi tapıldı - FOTO

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin itkin düşən tələbəsi Ayza Məmmədova tapılıb. 

AzEdu.az xəbər verir ki, bu barədə Open.az-a onun bibisi məlumat verib.

Onun sözlərinə görə, Ayza Rusiyada yaşayan anasının yanına yollanıb: "Atasının onun getməsindən və bilet üçün 500 AZN tapmasından xəbəri olmayıb. Güman edirik ki, Ayzanın biletinin pulunu anası təşkil edib. Narahat olmayın. Sağ-salamatdır".

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbəsi A. Məmmədovanın itkin düşməsi xəbərinə münasibət bildirib.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə bildirib ki, həmin tələbə son iki gündə heç bir dərsdə iştirak etməyib və onun harada olmasından məlumatsızdırlar. 

Məsələ ilə bağlı araşdırma aparılır.

Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!
Son xəbərlərDaha çox